Şuşadan mühüm MESAJ: peşəkar və operativ medianın qurulması bir nömrəli məsələdir | Icma.a…
Icma.az, Sia Az portalına istinadən məlumat verir. III Şuşa Qlobal Media Forumu bir sıra aktual məsələlərlə yadda qaldı.
İlk öncə Prezident İlham Əliyevin Xankəndidə Forum iştirakçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər medianın hazırkı durumu və gələcək inkişafı üçün, habelə Azərbaycanın mövqeyinin dünya icitmaiyyətinə çatdırılması baxımından olduqca önəmli hadisədir.
Çünki zaman-zaman ölkəmizə qarşı feyk xəbərlərin geninə-boluna “istehsal” edildiyi bir zamanda yaşayırıq və öıkəmizlə bağlı obyektiv informasiya axını üçün bu cür tədbirlərin keçirilməsi zəruridir.
Cənubi Qafqazın ən böyük media forumunun Qarabağda təşkili, ilk növbədə Azərbaycanın bölgənin lider ölkə statusunun beynəlxalq media platformasında qəbulu deməkdir.
Ən tanınmış media simalarının və dünyanın reytinqli KİV-lərinin III Şuşa Qlobal Media Forumuna qatılması həm də Azərbaycana olan güclü marağın təzahürüdür.
Diqqət edin: bu forum zamanı səsləndirilən əksər fikirlər media peşəkarlığı, media savadlılığı və feyk xəbərlərə qarşı mübarizə məsələləri üzərində qurulmuşdu.
Etiraf olunmalıdır ki, bu gün beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı saysız-hesabsız feyk xəbərlər dolaşır.
Bu cür yalan xəbərlərin çoxu da nəzarətsiz qalan, dedi-qodu səviyyəli platforma olan sosial media seqmentindən qaynaqlanır.
Tam oxu
Xəbəri oxu