Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.
Reyting.az xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (54 nəfər) köçürülür.
Şuşakəndə köç edənlər ölkənin müxtəlif yerlərindəki yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Şuşakənd kəndinə köçürülən ailələrin sayı 76-ya (284 nəfər) çatacaq.
***
Bu gün daha bir köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə gedib.
Hadrut qəsəbəsinə 17 ailə - 63 nəfər köçürülür.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.