Şuşanın İƏT in turizm paytaxtı elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

24.10.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bu barədə sərəncam imzalayıb.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Dövlət Turizm Agentliyi müəyyən edilib. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью