Icma.az, Bizim media portalına istinadən məlumat yayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən 8 noyabr
Prezidentin tapşırığı ilə ADSEA mütəxəssislərindən ibarət qrup əraziyə ezam olundu.
Su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırıldı.
Məlum oldu ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərlərini də bərbad hala salıb.Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olundu və 25 noyabr 2020-ci ildə Şuşa şəhərinə suyun verilməsi bərpa edildi.
Eyni zamanda Şuşa şəhərinin digər mənbəyi, Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 km olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanıldı və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edildi.Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanıldı.
Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 mm, uzunluğu 2,9 km olan yeni təzyiqli kəmər inşa edildi, eyni zamanda diametri 325 mm, uzunluğu 9,3 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 km-lik hissəsi diametri 530-426 mm olan borularla dəyişdirildi.Görülmüş işlərin nəticəsi olaraq yeni mənbədən şəhərə suyun verilməsi ilə yaşayış məntəqələri, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edildi.
Şuşa Sukanal Sahəsinin baş mühəndisi Pərviz Məhərrəmov qeyd edib ki, Şuşa şəhərinə 2 mənbədən su daxil olur: Zarıslıçay və Kiçik Kirs su mənbəyindən.
“Bu mənbələrdə aparılan yenidənqurma işləri nəticəsində Zarıslıçay mənbəyinin hövzəsində tikilmiş bənddə nasos stansiyası qurulub”.