Şuşanın zəfərdən sonra iqtisadiyyatı 44 dəfə böyüyüb

06.11.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İki gün sonra Azərbaycan tarixinin ən önəmli günlərindən biri olan Şuşanın işğaldan azad olunması — Şuşa Şəhəri Günü qeyd ediləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 6 il öncə, noyabrın 8-də Azərbaycanın qürur mənbəyi olan Şuşa şəhərini işğaldan azad etməsindən sonra şəhər böyük bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. 

Bu fikirləri deputat Vüqar Bayramov şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, intensiv yenidənqurma işləri Şuşanı öz tarixi ruhuna qaytarmaqla yanaşı, onu bölgənin əsas iqtisadi inkişaf mərkəzlərindən birinə çevirib:

“Zəfərdən öncə Şuşa iqtisadiyyatı respublikanın digər bölgələrində fəaliyyət göstərən müəssisələr hesabına formalaşsa da, son 6 ildə şəhər öz müstəqil iqtisadiyyatını qurub. Bu dövrdə Şuşanın iqtisadiyyatı 44 dəfə böyüyüb; rayon üzrə əsas sahələrdə məhsulun ümumi buraxılışı 2020-ci ildəki 18.5 milyon manatdan hazırda 800 milyon manatdan çox səviyyəyə yüksəlib. Əvvəllər cəmi 15 min manatlıq sənayesi olan Şuşada artıq 25 milyon manatdan çox emal məhsulu istehsal edilir. Tikinti sektorunda isə kəskin sıçrayış qeydə alınıb — göstərici zəfərdən öncəki 12.5 milyon manatdan 750 milyon manatdan çox həddə çatıb. Şuşa artıq Qafqazın əsas inkişaf mərkəzi kimi yeni tarixi mərhələni yaşayır”. Marqarita pizza

Cəlalə Cəlalqızı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью