Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib.
"Unikal" xəbər verir ki, zərərçəkmiş şəxs Elxan Ələkbərov ifadəsində Şuşa Milis Şöbəsində çalışdığını, işğala qədər və işğal zamanı hadisələri gördüyünüyü bildirib.
E.Ələkbərov Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları ilə bağlı 1988-ci il sentyabrın 20-də yaşadığı Şuşa şəhərində komendant saatı tətbiq olunduğunu söyləyib.
O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq deyib: “Müxtəlif zamanlarda bizim Ağdama gediş-gəlişimizdə, digər rayonlarla əlaqə saxlamağımızda böyük problemlərlə qarşılaşırdıq.
Yolda bizi daşa basırdılar. Rəhmətlik atamı da avtobusda başını daşla vurub yarmışdılıar. Bəlkə də ölüm səbəbi elə ondan olub”.
O, sonralar Şuşanın xüsusən Topxana və Şuşakənd istiqamətlərindən ağır artilleriya atəşinə məruz qaldığını bildirib: “Top atəşi ilə vururdular, “Alazan” tipli raketlər atırdılar.
Məsələn, mülki şəxs Fərhadov Füzuli Aydın oğlu evində oturarkən “Alazan” tipli raket düşməsi nəticəsində qətlə yetirilmişdi”.