Şuşaya gedən sürücülərin nəzərinə!

19.12.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AAYDA məlumat yayıb.

Bildirilib ki, qarlı və şaxtalı hava şəraitində Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa avtomobil yolundan istifadə etməyə üstünlük vermələri tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью