Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir AZƏRTAC

21.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 dekabr, AZƏRTAC

“Ailəm ilə birlikdə Şuşadan məcburi köçkün kimi oradan ayrılmışdıq. Bu gün isə şəhidlərimizin, qazilərimizin sayəsində ailəmizlə Şuşaya qayıdırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Şuşaya köçən sakin Əsli Zülfiqarova söyləyib.

Şuşanın alınmasını eşidəndə çox sevincli və həyəcanlı olduğunu deyən Ə. Zülfiqarova əlavə edib ki, geri qayıtmaq onlar üçün olduqca qürurvericidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью