“Şüşə dəri” trendinin sirri nədir?

24.06.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Son illərin populyar gözəllik trendlərindən biri olan “şüşə dəri” görünüşü üçün bahalı kosmetik vasitələrə alternativ olaraq evdə tətbiq edilə bilən təbii qulluq üsulları diqqət çəkir.
Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, hamar və parlaq dəri görünüşü üçün əsas amillər düzgün təmizləmə, nəmləndirmə və müntəzəm qulluqdur.
Dəriyə qulluq rutinində ilk addım kimi yulaf əzməsindən istifadə tövsiyə olunur. Az miqdarda ilıq su ilə qarışdırılan yulaf dəridə yumşaq təmizləyici təsir göstərə və ölü hüceyrələrin aradan qaldırılmasına kömək edə bilər.
Digər üsullardan biri bal və şəkər qarışığından hazırlanan təbii pilinqdir. Bu qarışığın dərini hamarlaşdırmağa və təbii parlaqlıq verməyə kömək etdiyi bildirilir.
“Şüşə dəri” effekti üçün hazırlanan maskalarda isə qatıq, zərdəçal və limon suyundan istifadə edilir. Qatığın tərkibindəki süd turşusunun dərinin üst qatındakı ölü hüceyrələri yumşaq şəkildə təmizləməyə, zərdəçalın isə dərinin daha canlı görünməsinə kömək edə biləcəyi qeyd olunur.
Qulluğun son mərhələsində dərinin nəmini qorumaq üçün badam yağı, jojoba yağı və ya digər nəmləndirici vasitələrdən istifadə edilə bilər. Hialuron turşusu tərkibli məhsulların da dərinin nəmliliyini artırmağa kömək etdiyi bildirilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, təbii məhsullar hər dəri tipinə eyni təsir göstərmir. Yeni qulluq üsullarını tətbiq etməzdən əvvəl dərinin kiçik bir hissəsində test aparmaq və allergik reaksiyalara diqqət etmək vacibdir.
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью