Süt məhsulları qarın piylənməsi yaradır?

02.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Artıq çəkisinin böyük hissəsindən qurtulan bir çox insan üçün qarın nahiyəsində qalan piylər ən çətin aradan qalxan problemə çevrilir.
Demokrat.az
xəbər verir ki, mütəxəssislərin fikrincə, qarın nahiyəsində piylərin qalmasının səbəbi təkcə artıq çəki deyil, gündəlik qidalanma və həyat tərzi vərdişləri də ola bilər.
Bildirilir ki, süd və süd məhsulları birbaşa çəki artımına səbəb olmasa da, bəzi insanlarda köp, qaz və ödem yarada bilər. Nəticədə qarın daha şişkin görünür.
Mütəxəssislər qeyd edirlər ki, kefir, qatıq və kəsmik kimi məhsulları müntəzəm qəbul edən şəxslər qarında şişkinlik hiss edirlərsə, bu qidaları bir həftəlik rasiondan çıxarıb nəticəni müşahidə edə bilərlər. Əgər şişkinlik azalarsa, problem həmin məhsullara həssaslıqla bağlı ola bilər.
Qeyd olunur ki, yastı qarına nail olmaq üçün düzgün qidalanma, müntəzəm idman və sağlam həyat tərzi əsas şərtlərdən hesab edilir.
Nuray
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью