Şüurumuzdan daha sürətli işləyən iki neyron zonası

17.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kaliforniya Universitetinin Neyrobioloqları insanın hər hansı bir addımı atmazdan yarım saniyə əvvəl verəcəyi qərarı əvvəlcədən təyin etməyin yolunu tapıblar. Nature Neuroscience jurnalında dərc olunan tədqiqat zamanı risk və ehtiyatlılıq arasında seçim edərkən beynin iki xüsusi zonasının keçirici "açar" kimi işlədiyi üzə çıxıb.

Neyrocərrah Klara Starkuererin rəhbərliyi ilə həyata keçirilən eksperimentdə beyinlərinə elektrod yerləşdirilmiş pasiyentlər xüsusi videooyun vasitəsilə sınaqdan keçiriliblər. Alimlər gözlərin dərinliyində yerləşən orbitofrontal qabığın fəaliyyətini izləyərək müəyyən ediblər ki, qonşu iki zona tamamilə əks siqnallar istehsal edir: biri insanı riskə təhrik edir, digəri isə ehtiyatlı olmağı tələb edir. Neyron aktivliyini analiz edən kompyuter modeli nəticəni insan hərəkətə keçməzdən əvvəl dəqiq proqnozlaşdıra bilib.

Əvvəllər tətbiq edilən MRT üsulundan fərqli olaraq, bu kəşf real vaxt rejimində dəqiq biomarkerlər əldə etməyə imkan verir. Yaranan model gələcəkdə zərərli asılılıqlardan və psixi pozuntulardan əziyyət çəkən şəxslərin zədələnmiş neyron rabitələrini nöqtəvi şəkildə müalicə etməyə şərait yaradacaq.

Hazırladı:
Arzu ƏLİYEVA 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью