Süvarilər bayquşlar a qarşı

22.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının 24-cü turunun ikinci oyun gününə "Tofiq Bəhramov"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, lider "Qarabağ" "Sabah"ı qəbul edir.

Son 2 turda meydanı qələbə ilə tərk edən ağdamlılardan fərqli, "bayquşlar" son 6 oyunda yalnız bir dəfə 3 xala sevinib. 

Cari mövsüm bu komandaların qarşıdurmasında "Qarabağ" üstün tərəfdir. İlk dövrədəki matç "süvarilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci görüşdə isə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, tur sabah keçiriləcək "Şamaxı" - "Turan Tovuz" və "Zirə" - "Kəpəz" oyunları ilə başa çatacaq. 

Misli Premyer Liqası

III dövrə, XXIV tur

19:00. "Qarabağ" - "Sabah"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью