Süveyda yenidən alovlandı: Druzlarla təhlükəsizlik qüvvələri ...

02.02.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriya təhlükəsizlik qüvvələri ilə druzların bir qisminin lideri Hikmət əl-Hecriyə bağlı qanunsuz silahlı qruplar arasında ölkənin cənubundakı Suveyda bölgəsində toqquşmaların baş verdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İxbariyyənin yaydığı məlumata görə, qanunsuz silahlı qruplar Suveyda bölgəsinin qərbində yerləşən Mansura kəndinə sızmağa cəhd edib və təhlükəsizlik qüvvələrinə hücum ediblər.

Həmin qrupların Suriya qüvvələrinə məxsus təhlükəsizlik məntəqələrini minaatan mərmiləri ilə hədəfə aldığı qeyd olunub.

Bölgədə toqquşmaların davam etdiyi bildirilərkən, qanunsuz silahlı qruplarla bağlı əlavə detallara yer verilməyib.

Digər tərəfdən, yerli mənbələr toqquşmaların Suriya qüvvələri ilə Hecriyə bağlı qanunsuz silahlı qruplar arasında baş verdiyini açıqlayıb.

Suveyda bölgəsində zaman-zaman Suriya qüvvələri ilə İsrailin dəstəklədiyi Hecriyə bağlı qanunsuz silahlı qruplar arasında toqquşmalar yaşanır.

2025-ci ilin iyul ayında da bölgədə Suriya qüvvələri ilə Hecriyə bağlı qruplar arasında şiddətli döyüşlər baş vermiş, həmin toqquşmalar zamanı İsrail druzları qorumaq bəhanəsi ilə Suriya təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar həyata keçirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью