Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yumşaq kreplərin şüyüdün təravətli aroması ilə birləşdiyi bu resept krem pendir və təzə tərəvəzlərlə zənginləşərək səhər yeməyi və "brunch" süfrələrinizin ulduzu olacaq.
Milli.Az lazımi ərzaqları təqdim edir:
Krep üçün:
Yumurta: 3 ədəd
Süd: 1 stəkan
Bitki yağı: 1 xörək qaşığı
Şüyüd: 1 dəstə (xırda doğranmış)
Duz: 1 çay qaşığı
Un: 1 stəkan
İçlik üçün:
Xiyar: 1 ədəd
Roka (rukkola): 4-5 budaq
Salam (və ya vetçina): 1 paket
Krem pendir: Yarım paket
Hazırlanma qaydası
Yumurta, süd, bitki yağı, xırda doğranmış şüyüd, duz və unu dərin bir qabda pürüzsüz hala gələnə qədər çalın.
İsinmiş tavaya bir çömçə xəmir tökərək nazik şəkildə yayın. Krepləri hər iki üzünü qızılı rəng alana qədər bişirib soyumağa qoyun.
Soyumuş kreplərin üzərinə krem pendiri bərabər şəkildə çəkin. Üzərinə salam dilimləri, roka yarpaqları və incə doğranmış xiyarları düzün.
Krepləri möhkəm rulet şəklində bükün.
Hazırladığınız ruloları təxminən iki barmaq enində dilimləyərək servis qabına yığın.
İlıq və ya soyuq halda süfrəyə verə bilərsiniz. Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)