Suyumuz, unumuz, çörəyimiz yoxdur Ermənilər DUA İSTƏYİR

02.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vəziyyət pisdir: nə su, nə un, nə çörək var, təndirlər boşdur.

Publika.az “Hraparak”a istinadən xəbər verir ki, bu barədə Hələb Erməni Apostol Kilsəsindən Hovsep Qazaryan bildirib.

O deyib ki, şəhəri ələ keçirən silahlıların ermənilərlə heç bir problemi olmayıb, heç bir toqquşma, olmayıb. Hələb ermənisi “Heç bir problem yaratmırlar” deyib.

İnsanlar şəhər daxilində hərəkət edə bilər, lakin istənilən halda ehtiyatlılıq qorunur, çünki hərbi toqquşmalar uzaqda olsa da, onlar yenə də ehtiyatla və lazım gəldikdə hərəkət edirlər.

"Biz səsləri eşidirik, amma onları uzaqdan eşidirik. Bizim üçün yalnız dua edin", - deyə Qazaryan deyib.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью