Suyun altında dəhşətli hadisə Köpək balığı turistin başını dişlədi

29.11.2024

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Maldiv adalarında dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, Hulhumale adasında suya dalan çinli turist köpək balığının hücumuna məruz qalıb. Kameraya düşən görüntülərdə köpəkbalığının turistin başını dişləyib udmağa çalışdığı anlar görünür.

Möcüzə nəticəsində sağ qalan turist xəstəxanaya çatdırılıb və ona çoxlu tikişlər qoyulub. Səlahiyyətlilərin sözlərinə görə, turistlərin qanunsuz yemdən istifadə edərək köpək balıqlarını əraziyə cəlb etdikləri təxmin edilir.

Bildirilib ki, bölgədə belə hücumlar nadir hallarda baş verir.

Aynurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью