SUYUN QİYMƏTİ İLƏ BAĞLI QƏRAR HAZIRLANIR: Az istifadə edən aşağı, çox istifadə isə yuxarı tariflə ödəyəcək

05.03.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır

Bunu jurnalistlərə Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

O qeyd edib ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da sudan ödənişli istifadə ilə bağlı qaydaların mexanizminin diferrensiallaşdırılması hədəf olaraq müəyyən edilib:

"Bu, o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviqidir. Artıq qanun layihəsi hazırlanıb. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı qərar veriləcək"./APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью