Svanadze və Adamiya milli komandalara baş məşqçi təyin edildi

27.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Svanadze və Adamiya milli komandalara baş məşqçi təyin edildi

Gürcüstan milli komandasının baş məşqçisi dəyişib.

QOL.az xəbər verir ki, A  millisini Ramaz Svanadze çalışdıracaq.

Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, yeni baş məşqçi ilə 2028-ci ilin sonunadək müqavilə imzalanıb.

Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç oyunda Svanadzeni onun köməkçisi olmuş Georgi Adamiyanın əvəzləyəcəyi bildirilib.

Qeyd edək ki, Georgi Adamiya vaxtilə futbolçu kimi Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”də (hazırkı “Şamaxı”) çxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью