Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 21-də, Heydər Əliyev prospektilə Zərifə Əliyeva küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 77-UL-216 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü Zərifə Əliyeva küçəsilə hərəkətdə olarkən svetoforun siqnallarına məhəl qoymayıb. O, qırmızı işıqda yolayrıcına daxil olaraq hərəkətinə davam edib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
bax.tvhttps://bax.tv/embed/229196.html