Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi VİDEO

04.06.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 22-də, paytaxtın Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, 99-EJ-780 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü svetoforun yaşıl işığı yanan zaman stop xətt qarşısında dayanaraq yolayrıcının boşalmasını gözləyib. Qarşıdakı avtomobillər getdikdən sonra həmin sürücü svetofora baxmadan hərəkət edib. Bu zaman o, qırmızıda keçərək soldan gələn avtomobillərin qarşısına keçib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью