“Svetofor”a “yulçiroq” deyəcəklər

10.06.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Özbəkistanda xarici terminlər özbək ekvivalentləri ilə əvəz olunacaq.

“Qafqazinfo” xəbər verir ki, müvafiq qanun layihəsi Ali Məclisin (Qanunvericilik Məclisinin) iclasında qəbul edilib.

Bu sənəd dövlət dilini xarici alınma sözlərdən təmizləmək və terminologiyadakı uyğunsuzluqları aradan qaldırmaq məqsədi daşıyır.

Belə ki, “svetofor”, “avans”, “parol” kimi bəzi sözlərin özbək terminləri ilə əvəz edilməsi təklif edilir. Məsələn, “svetofor” sözü “yulçiroq” ilə əvəz ediləcək.

Qeyd edək ki, özbək dili tarixən ərəb, fars, rus və digər dillərdən çoxlu alınma sözləri qəbul etmişdir. İstər məişətdə, istərsə də rəsmi sənədlərdə istifadə olunan terminlərin çoxu xarici mənşəlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью