Svetoforlara yeni velosiped bölmələri quraşdırılıb

13.05.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi prospektin 3 kəsişməsində velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyi təmin olunub.

Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Ayna Sultanova, Seyfəddin Dağlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində olan svetoforlara velosiped bölmələri quraşdırılıb. 

Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin digər küçə və prospektlərdə olan svetoforlara quraşdırılması işləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью