“SVO qəhrəmanı” pedofil çıxdın Əlil uşağa qarşı nalayiq hərəkətlər edib

03.02.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiyanın Sverdlovsk vilayətinin Sısertski Rayon Məhkəməsi Ukraynadakı “SVO” iştirakçılarından birini 10 il müddətinə azadlıqdan məhrum edib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, həmin şəxs 12 yaşlı əlil ögey oğluna qarşı cinsi təcavüzə yol verdiyinə görə məhkum edilib.

Cinayət işi uşağın anası 2024-cü ilin oktyabr ayında İstintaq Komitəsinə şikayət ərizəsi təqdim etdikdən sonra açılıb. O, bu cinayətlər barədə oğlunu müayinə edən uşaq psixoloqundan məlumat əldə edib.

Oğlan psixoloqa ögey atası Anatoli tərəfindən cinsi istismara məruz qaldığını deyib və əlavə edib ki, həmin bu “SVO qəhrəmanı” onu və azyaşlı bacısını pornoqrafik videolara baxmağa məcbur edib. İstintaq cinayətin törədildiyini ən azı dörd epizod üzrə müəyyən edib.

Prokuror “SVO qəhrəmanı” üçün 18 il həbs cəzası istəsə də, məhkəmə 10 il iş kəsib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью