Svyeçnikovun geyimi tanındı, amma şübhə qalır | Icma.az
Idman.biz saytına istinadən Icma.az xəbər verir. Türkiyədə Bosfor boğazında tapılan naməlum kişi cəsədinin kimliyinə aydınlıq gətirilməsi is
Beş ay əvvəl boğazda keçirilən qitələrarası üzgüçülük yarışı zamanı itkin düşən Nikolay Svyeçnikovla bağlı ehtimallar güclənib.
İdman.Biz xəbər verir ki, üzgüçünün yaxın qohumu Alena Karaman Türkiyənin Arnavutköy rayonundakı polis idarəsində ifadə verib və Nikolayın yarış günü üzərində olan geyimlə bağlı fotoları təqdim edib.
Onun sözlərinə görə, tapılan cəsədin üzərindəki hidrokostyum Svyeçnikovun geyindiyi kostyumla demək olar ki, eynidir.
Karaman bildirib ki, tapılan cəsədin Nikolaya məxsus olduğuna 99 faiz əmindir.
Onun sözlərinə görə, hidrokostyumun qara rəngi, çəhrayı haşiyəsi və bədən quruluşu tam uyğun gəlir.
Bununla belə, o, DNT testinin nəticələri olmadan yüz faiz əmin ola bilmədiyini vurğulayıb.
Məlumata görə, naməlum kişinin cəsədi Bosfor boğazının Kuruçeşmə sahillərində, qitələrarası üzgüçülük marafonunun finiş nöqtəsinə yaxın ərazidə aşkarlanıb.
Tam oxu
Xəbəri oxu