Swift avtomobillərinin istehsalı dayandırıldı Səbəbi isə...

05.06.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Suzuki Motor" komponent çatışmazlığı səbəbindən Yaponiya bazarında "Swift" avtomobillərinin istehsalını dayandırıb.

"Unikal" xəbər verir ki, bu  barədə Yaponiya mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, "Swift" versiyalarının əksəriyyətinin istehsalı mayın 26-dan iyunun 6-dək dayandırılıb. Gecikmələr Çində ixrac lisenziyalarının ləng işlənməsi ilə bağlıdır.

Hibrid sistemlərin elektrik mühərrikləri üçün lazım olan nadir torpaq metalları əsasən qlobal istehsalın təxminən 70%-nə nəzarət edən Çin tərəfindən təmin edilir.

Gülayə Mecid 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью