Sxadadzenin işsiz günləri başa çatdı

22.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbələ”nn sabiq baş məşqçisi Kaxaber Sxadadzenin yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, 58 yaşlı gürcü Latviya təmsilçisi “Liepaya”ya baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə anlaşmanın müddəti açıqlanmayıb.

“Liepaya” Latviya çempionatında 36 turdan sonra 51 xalla 5-ci sıradadır.

Sxadadze 2024-2026-cı illərdə “Qəbələ”ni çalışdırıb. O, mövsümün əvvəlində istefaya göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью