futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze “Qəbələ”dən ayrılıb. O, komandanın uğursuz nəticələrinə görə “qırmızı-qaralar”la vidalaşıb.
Sxadadze 2024-cü ilin fevralından komandaya rəhbərlik edirdi. “Qəbələ” onun başçılığı altında 56 oyuna çıxıb. Komanda bu görüşlərdə 13 qələbə qazanıb, 33 dəfə uduzub, 10 dəfə heç-heçə edib. 63 qol vuran qəbələlilər 85-ni də buraxıb.
Kaxaber Sxadadzenin “Qəbələ”dəki ortalama xal qazancı 0.88 olub.
2024-cü ildə elitanı tərk edən “qırmızı-qaralar” daha sonra I Liqada çempion olaraq elitaya qayıtmışdı. Ötən mövsüm pley-off matçı ilə Premyer Liqada qalan bölgə klubu bu ilə də uğursuz start verib. Komanda 3 turda 1 heç-heçə edib, 2 dəfə uduzub. “Turan Tovuz” və “Şəfa”ya uduzan “Qəbələ” “Şamaxı”yla “sülh”ə razılaşıb. Komanda bu görüşlərdə qol hesabını aça bilməyib.
“Qəbələ” 1 xalla 10-cu sıradadır.
Şahin Cəfərov