futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qəbələ” baş məşqçisi Kaxaber Sxadadze ilə yollarını ayıra bilər.
Futbolpress.az-ın məlumatına görə, mütəxəssis Misli Premyer Liqasının III turunda “Şamaxı” ilə matçda qələbə qazana bilməzsə, istefaya göndəriləcək. Bu görüş Sxadadzenin komandada son matçı ola bilər.
Gürcüstanlı məşqçi 2024-cü ildən “Qəbələ”yə rəhbərlik edir. Komanda həmin il aşağı liqaya düşsə də, sonradan çempion kimi elitaya qayıdıb. Bölgə təmsilçisi ötən mövsüm pley-off uğrunda oyunda “Mingəçevir”i məğlub edərək Premyer Liqada qalmışdı.
“Qəbələ” bu il keçirdiyi iki matçda da 0:1 hesabıyla uduzub. Komanda əvvəlcə “Turan Tovuz”, sonra “Şəfa”ya məğlub olub.
Şahin Cəfərov