Syerra Leonedə meymunçiçəyinin yeni dalğası: Ölənlər var

02.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin əvvəlindən bəri Syerra-Leonedə meymunçiçəyinə yoluxan 1000-dən çox insan qeydə alınıb.

Oxu.Az bunu AFP-yə istinadən xəbər verir.

Aprelin sonunda 763 yoluxma halı barədə məlumat yayılsa da, səhiyyə nazirliyinin məlumatına görə, bu göstərici qısa müddətdə kəskin artıb.

Bildirilib ki, Syerra-Leonedə meymunçiçəyi xəstəliyinin yeni dalğası müşahidə olunur. Belə ki, ilin əvvəlindən 1140 yoluxma halı baş verib.

Eyni zamanda, doqquz nəfərin xilas edilməsi mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью