SyerraLeone Respublikasının Prezidenti dövlət başçısına təyyarə qəzası ilə bağlı başsağlığı verib

13.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.

Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью