Szinpin Trampı təbrik etdi: Bu, ikimizə də ziyandır

07.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Çin lideri Si Szinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təbrik teleqramı göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.

Çin lideri qarşıdurmanın hər iki ölkə üçün zərərli olduğunu, ölkələrin əməkdaşlığı inkişaf etdirməkdən faydalana biləcəyini qeyd edib:

“Tarix göstərir ki, həm Çin, həm də ABŞ əməkdaşlığı inkişaf etdirməkdən faydalanır, qarşıdurmada isə uduzurlar. Sabit və sağlam Çin-Amerika münasibətlərinin qurulması hər iki tərəfin və dünya birliyinin maraqlarına cavab verir”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью