Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin ordusu 2023-cü ildə başlayan genişmiqyaslı korrupsiyaya qarşı mübarizə kampaniyası fonunda ən böyük şokunu yaşayır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Szinpin 2012-ci ildə hakimiyyətə gələndən bəri təyin etdiyi generalların təxminən yarısı ya istintaq altındadır, ya da ictimaiyyətin diqqətindən yoxa çıxıb:
“Təmizləmələr nəticəsində müdafiə nazirləri, komandirlər və Çin ordusunu idarə edən Mərkəzi Hərbi Komissiyanın üzvləri vəzifələrindən kənarlaşdırılıb. Yanvar ayında istintaq Mərkəzi Hərbi Komissiyanın sədr müavini və ÇKP Siyasi Bürosunun üzvü Çan Yusya və Mərkəzi Hərbi Komissiyanın Birləşmiş Qərargah rəisi Lyu Çenlini hədəfə almışdı. Çan uzun müddətdir ki, Szinpinin ən yaxın hərbi müttəfiqi hesab olunur və bu da onun işinə xüsusi diqqət çəkir. Kampaniyanın miqyası təkcə korrupsiyaya qarşı mübarizə deyil, siyasi sədaqət üzərində nəzarətin gücləndirilməsini göstərir. Szinpin Çin ordusunu 2027-ci ilə qədər dünya səviyyəli orduya çevirməyi hədəfləmişdi, lakin korrupsiya bu ambisiyaları alt-üst etdi”.