Tabut daşıyanlar məzara düşdülər

09.04.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

ABŞ-da dəfn mərasimində gözlənilməz qəza baş verib. 

News24.az xəbər verir ki, ürək xəstəliyindən dünyasını dəyişən Benjamin Avilesin dəfni zamanı platformanın çökməsi ilə tanutu daşıyanlar məzara düşüblər.

Qəzada ən çox zərər görən şəxs isə mərhumun oğlu Benjamin Jr. olub. Üzərinə düşən tabutun altında qalan gənc üzü palçıq olmuş vəziyyətdə huşunu itirib. Digər daşıyıcılar da ayaqları, əlləri və kürəklərindən müxtəlif xəsarətlər alıblar. 

Sözügedən hadisədən görüntüləri təqdim edirik:

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью