Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qvatemalada 15 yaşlı qız dəfn mərasimi zamanı tabutda ayılaraq su istəyib.
Sherg.az xəbər verir ki, əsrin əvvəlindən bəri dünyada insanların diri-diri dəfn edildikdən sonra ayılması ilə bağlı 25 oxşar hadisə qeydə alınıb.
Qvatemalada baş verən hadisədə qızın anası tabutun qapağının tərpəndiyini görüb. Məlum olub ki, qız ölməyib, sadəcə huşunu itirib. O, ayılaraq oturub və su istəyib.
Oxşar hadisə 2023-cü ildə Ekvadorda da yaşanıb. Həkimlərin öldüyünü bildirdiyi 76 yaşlı qadın dəfn mərasimi zamanı tabutun içindən döyərək nəfəs aldığını bildirib. Lakin xəstəxanaya qaytarılan qadın bir həftə sonra dünyasını dəyişib.
2025-ci ildə Tailandda 65 yaşlı qadın kremasiyasına beş dəqiqə qalmış tabutdan gələn səslər nəticəsində xilas edilib. Həkimlər onun ağır hipoqlikemiya – qanda şəkərin kəskin azalması səbəbindən komaya bənzər vəziyyətə düşdüyünü müəyyənləşdiriblər.
Məqalədə 2015-ci ildə Hondurasda baş verən faciəvi hadisəyə də yer verilib. Dəfn edildikdən sonra tabutun içindən gələn səslər eşidilən 16 yaşlı Neysi Peres çıxarılsa da, uzun müddət oksigensiz qaldığı üçün həyatını xilas etmək mümkün olmayıb.
Rusiyada da oxşar hadisə qeydə alınıb. 2025-ci ilin martında Dağıstanın Axtı kəndində yaşlı qadın dəfn öncəsi yuyundurularkən gözlərini açıb. Həkimlər bunun nadir rast gəlinən “Lazar sindromu” ilə əlaqəli ola biləcəyini bildiriblər. Bu sindrom ürəyin fəaliyyətinin dayandığı düşünüldükdən sonra onun yenidən döyünməyə başlaması ilə xarakterizə olunur.
Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru, tibb elmləri doktoru Vasili Vlasov bildirib ki, ölümün səhv müəyyənləşdirilməsi halları olduqca nadirdir. Onun sözlərinə görə, bu cür hallar əsasən insanın huşsuz vəziyyətdə aşkarlanması, ixtisaslı tibbi mütəxəssislərin və zəruri avadanlıqların olmaması ilə bağlıdır.