Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 4 fevral, AZƏRTAC
Tacikistanın Təhsil və Elm Nazirliyi ölkə rəhbərliyinin göstərişi ilə 12 illik ümumi təhsil sisteminə mərhələli keçid üçün hazırlıqlara başlayıb.
AZƏRTAC Tacikistanın Xovar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin təhsil və elm naziri mətbuat konfransında məlumat verib. Bildirilib ki, islahat çərçivəsində yeni tədris proqramlarının hazırlanması, məktəblərin uyğun vəziyyətə gətirilməsi və ictimai maarifləndirmə tədbirləri nəzərdə tutulur.
Keçidin ilkin mərhələdə 180 müasir tipli məktəbdə sınaqdan keçirilməsi planlaşdırılır.
Rəsmilər bildiriblər ki, islahat Tacikistanın təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.