Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması barədə BMT-yə rəsmi olaraq məlumat verib.
Oxuməni.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin rəsmi açıqlamasında bildirilib.
Tacikistan təşkilata BCM-in Roma Statutundan çıxması barədə 20 noyabrda məlumat verib. Qərar rəsmi bildirişi aldıqdan bir il sonra, yəni 20 noyabr 2027-ci ildə qüvvəyə minəcək.
Tacikistan BCM-in Roma Statutunu 1998-ci ildə imzalayıb və 2000-ci ildə ratifikasiya edib. Sənədə əsasən, istənilən iştirakçı dövlət BMT-nin baş katibinə yazılı bildiriş təqdim etməklə BCM Statutundan çıxa bilər. Çıxarma qərarı, daha sonrakı tarix göstərilmədiyi təqdirdə, bu bildirişin alınmasından bir il sonra qüvvəyə minəcək.
Roma Nizamnaməsinə əsasən yaradılıb. O, BMT-nin üzvü deyil və Nizamnaməni ratifikasiya edən ölkələrə hesabat verir.
Əziz Mustafa