Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tacikistan Prezidenti Emoməli Rəhmonun göstərişi ilə İrana humanitar yardım göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İrana göndərilən yardımın ümumi həcmi 3 610 ton təşkil edir.
Humanitar yükə 45 ton dərman preparatları, böyük həcmdə sanitar-gigiyenik vasitələr, uşaq geyimləri, müxtəlif qida məhsulları, məişət əşyaları, yataq dəstləri, çadırlar, tikinti materialları və digər zəruri ləvazimatlar daxildir.
110 iritonnajlı yük avtomobilindən ibarət konvoy martın 18-də Tacikistandan yola düşüb və yaxın vaxtlarda təyinat nöqtəsinə çatacağı gözlənilir./Teleqraf