Tacikistan Kobalt 2026 təliminə ev sahibliyi edəcək

06.10.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin "Kobalt-2026" xüsusi təyinatlı qüvvələrinin təlimi 18-23 oktyabr tarixlərində Tacikistanda keçiriləcək. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə KTMT mətbuat xidməti bildirib.

Qeyd olunub ki, təlimdə KTMT üzv dövlətlərinin daxili işlər, milli təhlükəsizlik, xüsusi və narkotiklərlə mübarizə xidmətlərinin, eləcə də təcili xilasetmə və yanğınsöndürmə qurumlarının xüsusi bölmələri iştirak edəcəklər.

Təlim zamanı iştirakçılar dəstələri və terrorçu qrupları zərərsizləşdirmək, silahlı qaçaqmalçıların fəaliyyətinə mane olmaq və narkotik qaçaqmalçılığı kanallarını bağlamaq üçün koordinasiya məşqləri edəcəklər. Xüsusi texnika, zirehli texnika, pilotsuz uçuş aparatları və təyyarələrdən istifadə edilməsi planlaşdırılır.

Müstəqil Dövlətlər Birliyinin, Şanxay Əməkdaşlıq Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin müvafiq qurumlarının nümayəndələri müşahidəçi kimi dəvət olunublar. 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью