Tacikistan Prezidenti Bişkekdə

31.08.2026

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tacikistan Prezidenti Emoməli Rəhmon Qırğızıstana işgüzar səfər edib. 

Yenicag.az xəbər verir ki, onu Manas Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyev qarşılayıb.

Emoməli Rəhmon Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının son iclasında, “ŞƏT Plus” formatında yüksək səviyyəli görüşdə və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bişkekə gedib.

Tacikistan Prezidentinə hava limanında keçirilən görüş zamanı Qırğızıstanın milli simvolu və VI Dünya Köçəri Oyunlarının rəsmi simvolu olan qar bəbiri formasında oyuncaq hədiyyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью