Tacikistan Putinə görə BCM dən çıxır

23.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması barədə BMT-yə rəsmi bildiriş göndərib.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin yaydığı məlumatda deyilib.

Məlumata görə, Tacikistan noyabrın 20-də BCM-in Roma Statutundan çıxması barədə təşkilata rəsmi bildiriş göndərib. Qərar rəsmi bildirişin alındığı tarixdən bir il sonra, yəni 2027-ci il noyabrın 20-də qüvvəyə minəcək.

Qeyd edək ki, BCM-in Roma Statutuna qoşulan ölkələr Rusiya lideri Vladimir Putin haqda çıxarılan həbs qərarını icra etməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью