Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 7 noyabr, AZƏRTAC
Tacikistan və ABŞ birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.
AZƏRTAC Tacikistanın Xovar informasiya agentliyinə istinadla xəbər verir ki, Vaşinqtonda Tacikistan Respublikası Hökuməti yanında Mülki Aviasiya Agentliyinin direktoru Xabibullo Nazarzoda ABŞ Federal Aviasiya Administrasiyasının administratorunun müavini Kristen Qatlin ilə görüşüb. Tərəflər mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, o cümlədən Tacikistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında “Hava rabitəsi haqqında” sazişin hazırlanması və Tacikistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında birbaşa uçuşların yaradılması məsələlərini müzakirə ediblər.
Daha sonra tərəflər mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün hüquqi və texniki bazanın təkmilləşdirilməsinə hazır olduqları barədə fikir mübadiləsi aparıblar.