Tacikistanda hicab və saqqal qadağan edildi

21.08.2026

Shownews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı yerli mənbələrə istinadən “Nuz.uz” portalı yayıb. 

Bildirilib ki, bu cür geyim növləri və xarici görünüş atributları ölkənin milli ənənələrinə uyğun gəlmir və ölkəyə “tacik mədəniyyətinə yad” kimi şərh olunan geyimlərin idxalına qadağa qoyulmasına xüsusi diqqət yetiriləcək.

Məlumata görə, sözügedən tədbirlər dini radikalizm və ekstremizmlə mübarizəyə yönəlib. Yerli hakimiyyət orqanlarının nümayəndələri isə əhali arasında məsələ ilə bağlı məlumatlandırma işləri aparır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью