Tacikistanda mədəndə qəza: Ölənlər var

18.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Tacikistanın şimalında yeraltı işlər zamanı üç şaxtaçı həlak olub.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Faciə Soqd vilayətinin Ayni rayonundakı "Fon-Yaqnob" kömür mədənində baş verib.

"Yanvarın 17-də saat 14:00-da Fövqəladə Hallar Komitəsinin növbətçi hissəsinə "Fon-Yaqnob" mədənində iş zamanı uçqunun baş verdiyi və üç mədənçinin dağıntılar altında qaldığı barədə siqnal daxil olub", - məlumatda bildirilir.

Vurğulanıb ki, müvafiq orqanlar mədəndə baş verənlərin dəqiq səbəbini müəyyən edəcək.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью