Tacikistanda neft bazasında yanğın baş verib, bir nəfər ölüb

17.03.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Tacikistanda Spitamen rayonunda neft bazasında baş verən yanğın nəticəsində bir nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" Tacikistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yanğınsöndürmə xidmətindəki mənbə bildirib.

“Yanğına səbəb avtosisternin yanacaqla doldurulması zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi olub”, - o əlavə edib.

Yanğının söndürülməsinə təxminən 2 saat vaxt sərf olunub. Dəymiş zərəri müəyyənləşdirmək üçün hadisə yerində mütəxəssislər işləyirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью