Tacikistanda sərhəd hücumu: 3 Çin vətəndaşı ölüb

27.11.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tacikistan hakimiyyəti bu gün bildirib ki, Əfqanıstan sərhədində baş verən hücum nəticəsində 3 Çin vətəndaşı həlak olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücum pilotsuz təyyarə və odlu silahlarla həyata keçirilib.

Tacikistan Xarici İşlər Nazirliyi bildirib ki, sərhəd bölgələrində cinayətkar qruplar vəziyyəti pozmağa çalışır. Hücumu kimin törətdiyi hələ açıqlanmayıb.

Tacikistan-Əfqanıstan sərhədi 1350 kilometr uzunluğunda dağlıq ərazidən keçir və burada ekstremist qruplar aktivdir. Ölkədə bir neçə Çin şirkəti, xüsusilə sərhəd yaxınlığındakı mədən və təbii sərvət sahələrində fəaliyyət göstərir.

Qeyd edək ki, Tacikistan 2021-ci ildən Talibanın hakimiyyətə gəlməsindən sonra sərhəd bölgələrində təhlükəsizlik məsələlərinə diqqət yetirir və sərhəd toqquşmalarının qarşısını almağa çalışır.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью