Tacikistanın Baş naziri Azərbaycana gəldi

25.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью