Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

25.09.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib.

APA xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью