Tacir Şahmalıoğlu Bakıdan köçmək istəyir

05.03.2025

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Müğənni Tacir Şahmalıoğlu Qarabağa köçmək istəyir.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. Obildirib ki, ən gözəl səsi olanlar Qarabağda doğulurlar:

"Qarabağımız qayıdıb, ora köç olacaq. Səs o dağlardan gəlir. O, sudan, havadan... Bakıdan elə möhtəşəm səs yarana bilməz".

Müğənni aparıcı Aytəkin Mərdanavonanın "Ağdama köçəcəksiniz" sualına "Müəllim kimi qalan ömrümü orada keçirə bilərəm" cavabını verib. 

T.Şahmalıoğlu Qarabağ Universitetdə çalışmaq arzusundan da söz açıb:

"Əlbəttə gedərəm, köçərəm, yaxşı da tələbə hazırlaşdıraram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью