Tacir Şahmalıoğlu səhhətindən danışdı: Tənginəfəs oluram

06.10.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən ay öd kisəsində yaranan problemə əməliyyat olunan müğənni Tacir Şahmalıoğlu səhhəti ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı"ya müsahibəsində danışıb:

"Şəkərdən çox əziyyət çəkirdim. Demək olar ki, məni yıxırdı. Dedilər, İstanbulda belə bir əməliyyət var ki, getdim etdirdim və qayıtdım. Hər şey normal idi. Qəfildən ağrılarım başladı. Müayinələr etdirdim və məlum oldu ki, ödüm partlayıb.  Məni halsız, bu vəziyyətə salan o idi. Gecikdirmişdik, amma zəhərlənmə olmadı. İndi oxuyanda görürəm ki, tənginəfəs oluram. Həkim deyir ki, bir aya normal olacaqsan. Hələ 10 gündür əməliyyat olunmuşam".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью