Tacir Şahmalıoğlundan səhhəti ilə bağlı AÇIQLAMA

15.10.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Artıq çətin günlərim arxada qalıb, həyatdayam və yenidən səhnəyə qayıdıram. Özümü çox yaxşı hiss edirəm".

Redaktor.az bildirir ki, bunu "qaynarinfo"ya açıqlamasında Türkiyədə əməliyyatdan sonra səhhətində ağır problemlər yaranan müğənni Tacir Şahmalıoğlu deyib.

Ölümdən dönən sənətçi bir həftədən sonra efirlərə çıxacağını diqqətə çatdırıb:

"Əvvəl efirlərə çıxacağam, tamaşaçılarım görsün ki, Tacir Şahmalıoğlu səhnədədir. Sonra isə toy dəvətlərimi qəbul edəcəyəm. Gələn həftədən sonra toylarda olacağam".

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu son aylarda 30 kiloya yaxın çəki itirib. Onun son vəziyyəti hər kəsi təşvişə salıb. Sənətçi şəkərli diabetdən əziyyət çəkdiyini və bu səbəbdən mədəaltı vəzindən əməliyyat olunduğunu xatırladıb. Bakıya yenicə qayıdan müğənni ikinci əməliyyatını keçirib. Bu dəfə onun öd kisəsi götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью